Azərbaycandan Ermənistana məhsul ixrac edilib

Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistan istiqamətində ixrac olunub.

Məlumata görə, 5911,21 ABŞ dolları dəyərində, ümumi çəkisi 1 ton 497 kiloqram olan “bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr” müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan Respublikasına yola salınıb.

Göndərilən məhsulun tikinti və izolyasiya təyinatlı olduğu bildirilir.

Qeyd edək ki, sözügedən ixrac əməliyyatı bütün zəruri gömrük rəsmiləşdirilmələri tamamlandıqdan sonra reallaşdırılıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu