EBRD Gəncə üçün 120 milyon avroluq ikinci kreditin ayrılması üzərində işləyir

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avro həcmində ikinci kreditin ayrılmasına hazırlıq işlərini aparır.

GDP Medi xəbər verir ki, bu barədə EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti bildirib.

E. Falçetti qeyd edib ki, Azərbaycan EBRD-nin “Yaşıl şəhərlər” proqramında mühüm yer tutur.

“Gəncədə biz “Yaşıl şəhər” Fəaliyyət Planının hazırlanmasına – ölkənin əhali sayına görə ikinci böyük şəhərində ekoloji cəhətdən daha sağlam, dayanıqlı və daha rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın hazırlanmasına dəstək veririk.

Eyni zamanda, biz bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırmasının modernləşdirilməsi və su infrastrukturunun inkişafı sahəsində kapital qoyuluşlarına töhfə veririk. Hazırkı mərhələdə proqram planlaşdırma mərhələsindən praktiki icra fazasına keçid edir. 35 milyon avro məbləğində ilk kredit sazişinin imzalanmasının ardınca Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avroluq kreditin ayrılmasına hazırlıq gedir. İnvestisiya proqramı təxminən 410 milyon avro məbləğində qiymətləndirilir ki, bu da qarşıya qoyulmuş vəzifələrin miqyasından xəbər verir”, – EBRD-nin idarəedici direktoru deyib.

E. Falçetti vurğulayıb ki, EBRD həmçinin Gəncədən kənarda da dayanıqlı infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir.

“Xüsusilə, bu il Şəkidə su təchizatı, çirkab və yağış suları infrastrukturunun inşası və bərpası üçün 91 milyon avro məbləğində kredit sazişinin imzalanması planlaşdırılır. Bakıda və Abşeron yarımadasının ərazisində 3 milyondan çox sakinə xidmət göstərən su təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Paralel olaraq bankın paytaxtda uzun müddət çirklənməyə məruz qalmış ərazilərin bərpasında iştirakı imkanları araşdırılır. Məqsəd ekoloji cəhətdən zərər çəkmiş ərazilərin yerli icmalar və investisiyalar üçün daha sağlam və cəlbedici məkanlara çevrilməsinə şərait yaratmaqdır”, – o əlavə edib.

  • Əlaqədar Yazılar

    Türkiyə İranla müharibə fonunda valyuta ehtiyatlarını rekord sürətlə tükəndirir
    • May 13, 2026

    Bloomberg agentliyinin məlumatına görə, Türkiyənin valyuta ehtiyatları mart ayında 43,4 milyard dollar azalıb. GDP Media xəbər bu, bütün müşahidə tarixində ən böyük aylık düşüşdür. Valyuta ehtiyatlarının bu həcmdə azalmasının əsas səbəbi İranla müharibə fonunda inkişaf edən bazar aktivlərinin satışı və Türkiyə lirəsinə artan təzyiqdir. Eyni zamanda, ölkənin cari hesab kəsiri də nəzərəçarpacaq dərəcədə artıb. Mart ayında bu göstərici əvvəlki aydakı 7,3 milyard dollardan 9,7 milyard dollara yüksəlib. İqtisadiyyata güclü zərbə vuran digər amil neft və qaz qiymətlərinin kəskin artımıdır. Bu fonda bəzi beynəlxalq banklar Türkiyə lirəsi və ümumi iqtisadiyyatla bağlı proqnozlarını pisləşdirirlər. Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini rəsmi olaraq 37% səviyyəsində saxlasa da, faktiki olaraq siyasətini sərtləşdirib. Bank daha bahalı kreditləşməyə keçərək faizi 40%-ə çatdırıb. Aprel ayında inflyasiya 32,4%-ə qədər sürətlənib. İqtisadçılar 2026-cı ilin sonu üçün inflyasiya proqnozunun yüksəldiləcəyini gözləyirlər.

    Oxumağa davam edin
    ABŞ Senatı Kevin Uorşu Fed-in sədri olaraq təsdiqlədi-Uorş Pauellu əvəz edəcək
    • May 12, 2026

    ABŞ Senatı Kevin Uorşun Federal Ehtiyat Sisteminin (Fed) sədri vəzifəsinə namizədliyini təsdiqləyib. GDP Media xəbər verir ki, Uorş bu postda Cerom Pauellu əvəz edəcək. Daha sərt monetar siyasətin tərəfdarı kimi tanınan Uorş, həddindən artıq yumşalmanın sərt tənqidçisidir. Onun təyinatı Fed-in prioritetlərində inflyasiya ilə mübarizəyə doğru ciddi dəyişikliyi göstərir – bu, hətta iqtisadi artımın ləngiməsi bahasına olsa belə. Ekspertlərin fikrincə, bu addım bazarlarda gözləniləndən daha uzun müddət yüksək faiz dərəcələrinin saxlanmasına və riskli aktivlərdə dəyişkənliyin artmasına səbəb ola bilər.

    Oxumağa davam edin