Fərrux Fərəcullayev: “AzInTelecom Afrika bazarında yeni əməkdaşlıq imkanlarını müzakirə edir”

AzInTelecom Afrikanın aparıcı texnologiya tədbirlərindən biri olan “AI Everything Kenya x GITEX Kenya 2026” sərgisində iştirak edib.

GDP Media xəbər verir ki,şirkətin kommersiya direktoru Fərrux Fərəcullayev tədbir çərçivəsində keçirilən panel müzakirələrində çıxış edərək süni intellektin böyükhəcmli dataların idarə olunmasındakı rolu və bu sahədə formalaşan yeni çağırışlar barədə fikirlərini bölüşüb.

Tədbir zamanı AzInTelecom-un innovativ məhsul və xidmətləri beynəlxalq auditoriyaya təqdim olunub. Eyni zamanda müxtəlif ölkələrdən olan texnologiya şirkətləri və tərəfdaşlarla yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Fərrux Fərəcullayev bildirib ki, qlobal texnologiya platformalarında iştirak şirkətin rəqəmsal həllərinin tanıdılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Afrika ölkələrinin dayanıqlı rəqəmsal transformasiyasına dəstək vermək AzInTelecom-un əsas prioritet istiqamətlərindən biridir.

Əlaqədar Yazılar

Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
  • May 26, 2026

Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

davamı
“Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
  • May 26, 2026

“Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

davamı