Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib

Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib.Beşyerlik Luce avtomobili Ferrari üçün qeyri-adi sayılan futuristik dizayna malikdir.

“GDP Media” xəbər verir ki, modelin dizaynı Apple Inc.-in keçmiş baş dizayneri Coni Ayv tərəfindən hazırlanıb.

Avtomobilin maksimal sürəti saatda 310 km təşkil edir, 0-dan 100 km/saata isə cəmi 2,5 saniyəyə sürətlənir.

Ferrari-nin strategiyasına əsasən, 2030-cu ilədək satılan modellərin 20%-i tam elektrikli olacaq.

The Wall Street Journal yazır ki, Ferrari üçün zəif nöqtələrdən biri elektromobillərin təkrar satışı ola bilər. Belə ki, elektrik mühərrikli avtomobillər zaman keçdikcə dəyərini benzin mühərrikli maşınlarla müqayisədə daha çox itirir. İtaliya şirkəti üçün ikinci əl bazarı mühüm əhəmiyyət daşıyır, çünki Ferrari bildirir ki, istehsal etdiyi avtomobillərin təxminən 90%-i hələ də istismardadır.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu