Google şirkətinin yeni təqdim etdiyi neyron şəbəkə texnologiyası cəmi 30 dəqiqə ərzində təxminən 3,5 milyon rubl dəyərində peşəkar sayt hazırlayıb.
“GDP Media” xəbər verir ki, modelin bazara çıxmasından isə cəmi bir neçə gün keçir.
Məlumata görə, əvvəllər belə layihələrin hazırlanması üçün proqramçılar, dizaynerlər və marketinq mütəxəssislərindən ibarət komanda tələb olunurdusa, artıq bir nəfər və düzgün yazılmış promt kifayət edir.
Ekspertlər hesab edirlər ki, süni intellekt əsaslı bu cür texnologiyalar yaxın aylarda veb-inkişaf bazarında ciddi dəyişikliklər yaradacaq. Onların fikrincə, avtomatlaşdırılmış sayt hazırlama alətlərinin sürətlə yayılması bir sıra veb-studiyaların və frilanserlərin gəlirlərinə mənfi təsir göstərə, hətta bəzi şirkətlərin müflis olmasına səbəb ola bilər.


