Mənzil bazarında yenidən bahalaşma

Evlərin maya dəyəri artır. Buna görə də, satış qiymətləri yüksəlir. Son bir ildə evlərin tikintisinə çəkilən xərclər azı 10 faiz artıb və bu, paytaxtda mənzillərin son bir neçə ildə kəskin bahalaşmasına təsir göstərib.

Ekspertlərin sözlərinə görə, mənzil bazarında qiymət artımı yaxın zamanda da davam edəcək. Bunun əsas səbəblərindən biri tikinti xərclərinin ildən-ilə artmasıdır. Xüsusilə də, böyük şəhərlərdə torpaq sahələrinin məhdudluğu da tikintinin maya dəyərinə birbaşa təsir göstərir.

Elnur Fərzəliyev onu da bildirib ki, çoxmərtəbəli binalardakı mənzillərlə yanaşı fərdi yaşayış evlərinin də qiyməti artıb.Ekspert onu da əlavə edib ki, köhnə binalar sökülən zaman sakinlərə verilən yeni evlərin əlavə xərcləri də tikintinin maya dəyərini artıran səbəblərdəndir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu