Tesla və SpaceX-in rəhbəri Pekində Çin Dövlət Şurasının baş naziri ilə görüşüb.
GDP Media xəbər verir ki, Mask Tesla ilə Çin arasındakı münasibətləri “nümunəvi” adlandırıb və ölkədə mövcudluğunu genişləndirəcəyini vəd edib.
Çin Tesla üçün əsas istehsal və satış mərkəzidir: Şanxaydakı zavod şirkətin bütün avtomobillərinin yarıdan çoxunu istehsal edir. Səfər ABŞ ilə Çin arasında ticarət gərginliyinin kəskinləşdiyi, eyni zamanda elektromobillərə tələbin zəiflədiyi bir dövrdə baş verir.
Mask üçün bu sadəcə diplomatik jest deyil, həm də ən böyük bazar və tədarük zəncirlərinə çıxışı qorumaq cəhdidir. BYD və digər yerli istehsalçılarla sərt rəqabət şəraitində stavkalar yüksəkdir.


