Mikayıl Cabbarov: “Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər”

Qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər.

“GDP Media” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında deyib.Nazir bildirib ki, 1991-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu prosesi ilə bağlı ciddi çağırışlarla üzləşib:”Bununla yanaşı, Azərbaycan ərazilərinin işğalı və qaçqın axını ölkəyə böyük təzyiq göstərirdi. Azərbaycanlıların Ermənistandan qaçqın düşməsi, eləcə də insanların işğal olunmuş ərazilərdən məcburi köçkün düşmələri vəziyyəti daha da ağırlaşdırdı. Miqyası təsəvvür etmək üçün qeyd edim ki, 1994-cü ildə Azərbaycanın iqtisadiyyatı 1991-ci ildəki səviyyənin cəmi üçdə biri qədər idi. Təbii ki bu da əlavə sosial və iqtisadi təzyiqlər yaradırdı”.M.Cabbarov əlavə edib ki, sonrakı onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan ilk məcburi sosial miqrasiya dalğası da o vaxtkı vəziyyətə təsir göstərirdi:”Bütün bunlar əhali artımı fonunda baş verirdi. Çünki müstəqillik əldə edilən dövrdə ölkə əhalisinin sayı təxminən 7 milyon nəfər olsa da, 25 il ərzində bu rəqəm 10 milyona çatdı. Yəni ümumi mənzərə belə idi: ölkə əhalisinin təxminən üçdə biri qaçqın və ya məcburi köçkün idi, əhali sürətlə artırdı və ölkə eyni zamanda ciddi sosial-iqtisadi problemlərlə üz-üzə qalırdı”.O müzakirə olunan mövzu ilə əlaqədar bildirib ki, müvafiq addımlar çoxmənzilli yaşayış binalarının qeydiyyatı və şəhərsalma standartlarına minimum səviyyədə cavab verən bəzi qeyri-rəsmi yaşayış məntəqələri üçün müəyyən amnistiya mexanizmlərinin tətbiqini əhatə edib:”Eyni zamanda, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər. Bu isə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və mühüm infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər”.

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı