Nar ixracında həm həcm, həm də gəlir azalıb

2026-cı ilin ilk 4 ayında Azərbaycandan 4 min 483,65 ton nar ixrac olunub. 2025-ci ilin eyni dövründə nar ixracı 5 min 27,32 ton təşkil etmişdi. Bu, illik müqayisədə 543,67 ton və ya 10,8% azalma deməkdir.

Bu barədə GDP Media Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.

Nar ixracından əldə olunan gəlir də geriləyib. 2026-cı ilin yanvar-aprel aylarında nar ixracının statistik dəyəri 3 milyon 906,76 min dollar olub. 2025-ci ilin eyni dövründə bu göstərici 4 milyon 298,7 min dollar idi.Beləliklə, nar ixracından gəlir 391,94 min dollar və ya 9,1% azalıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu