Nazir: “Şəhərin tək mərkəzli modeldən çoxmərkəzli modelə keçidi də strateji prioritetlərdən biridir”

Şəhərin tək mərkəzli modeldən çoxmərkəzli (polisentik) modelə keçidi də strateji prioritetlərdən biridir.

GDP Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.

R.Nəbiyev diqqətə çatdırıb ki, məqsəd məktəb, səhiyyə, iş və mədəniyyət obyektlərinə daha qısa məsafədə çıxışın təmin olunmasıdır.“Ənənəvi yanaşmanın əksinə olaraq, daha çox yol tikmək tıxac problemini avtomatik həll etmir. Buna görə Bakı şəhər mobilliyi sistemli şəkildə qurulub: yollar avtobus şəbəkəsini, avtobuslar dəmir yolunu, dəmir yolu isə metro sistemini tamamlayır, – deyə o əlavə edib.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu