Norm WUF13 ilə bağlı tədbirdə yer alıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse təqdimatla çıxış edib.Sement istehsalçılarının dayanıqlı şəhərlərin inşasında rolundan bəhs edən Henning Sasse, istehsal zamanı xammal istifadəsinə məsuliyyətli yanaşmanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu gün Norm şirkətinin istehsal zamanı istifadə etdiyi xammalın təxminən 80%-i ikinci dərəcəli xammaldır. Xüsusilə, daş istehsalı fəaliyyətindən əmələ gələn tullantı əhəngdaşı sement istehsalında mühüm xammal kimi istifadə olunur.Henning Sasse vurğulayıb ki, ikinci dərəcəli xammalın uzunmüddətli təmin edilməsi sənayenin dayanıqlı inkişafı üçün vacibdir. Bu kontekstdə, Norm Sement zavodunun əhəngdaşı tullantılarına uzunmüddətli əlçatanlığının olmasının, ən yaxşı halda, 50 ilə qədər müddətdə ehtiyat və təchizatın mövcudluğunun əhəmiyyətini qeyd edib. O, bildirib ki, dayanıqlı şəhərsalmanın əsas şərtlərindən biri istehsal proseslərinin dairəvi iqtisadiyyatı dəstəkləməsini təmin etməkdir.

Bundan əlavə, o, sement sənayesində alternativ yanacaqların istifadəsinin artırılmasının vacibliyindən danışıb. Bu yanacaqların hazırda istehsal zamanı istifadə olunan təbii qazı qismən əvəz edə biləcəyindən, bunun da Azərbaycanın həmin qaz ehtiyatlarını ölkə daxilində, yaxud ixrac və digər məqsədlər üçün istifadə etməsinə imkan verəcəyindən bəhs edib. Bu baxımdan, Norm və bütövlükdə sement sənayesinin alternativ yanacaqlardan istifadəsinin sement istehsalçılarına fayda verməklə yanaşı, Azərbaycan iqtisadiyyatına töhfə verəcəyini bildirib.O, əlavə edib ki, sement sektorundakı innovasiyalar və əldə edilən irəliləyişlər bu yanaşmanın tətbiqini genişləndirir: “Norm məhsulları dayanıqlı inkişafı dəstəkləyir. Beynəlxalq təcrübəyə uyğun olaraq biz CO2 emissiyaları aşağı olan sement və beton məhsullarını bazara təqdim etməyə artıq başlamışıq. Məhsullarla yanaşı, biz inşaat tərəfində də müəyyən işlər görürük, memarlarla əməkdaşlıq etməklə və beynəlxalq standartları qəbul etməklə, şəhərlərin dayanıqlı inşası üçün addımlar atırıq.”Henning Sasse, çıxışının sonunda, qoyulan hədəflərə çatmaq üçün digər lazımi amilləri, eləcə də qanunvericilik, siyasət və standartlara olan ehtiyacı da vurğulayıb.“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı