Azərbaycan Biznesinin İnkişafı Fondunun cari investisiya portfeli ümumi dəyəri 2 milyard manat olan 28 layihədən ibarətdir.
GDP Media xəbər verir ki, həmin layihələr üzrə Fondun iştirak payı 292 milyon manat təşkil edir. Eyni zamanda layihələrə cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 407 milyon manata çatır.Məlumata görə, Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən investisiya layihələri çərçivəsində ümumilikdə 2450 yeni iş yerinin yaradılması nəzərdə tutulur.


