Sahil Babayev: Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-i 111 faiz üstələyib

Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, ölkədə makroiqtisadi və makrofiskal sabitlik tam qorunur və maliyyə sistemi iqtisadi inkişaf üçün geniş imkanlar yaradır.

“GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, cari ilin ilk dörd ayının nəticələrinə əsasən Azərbaycanın ümumi daxili məhsulu təxminən 40 milyard manat təşkil edib.

Onun sözlərinə görə, qeyri-neft ÜDM-i real ifadədə 0,7 faiz artıb. Xüsusilə qeyri-neft sənayesində 7,2 faizlik artım qeydə alınıb. Eyni zamanda, informasiya və rabitə sahəsində 9 faiz, ticarətdə 3,7 faiz, nəqliyyat sektorunda isə 4,5 faiz artım müşahidə olunub.Sahil Babayev vurğulayıb ki, əldə olunan nəticələr iqtisadi artımın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin real göstəricisidir.

Nazir qeyd edib ki, ilin əvvəlində əsasən sosial və cari ödənişlərlə bağlı xərclər icra olunur, əsaslı və kapital xərcləri üzrə satınalma və tender prosedurları isə davam edir. Bu layihələrin iqtisadi artıma əsas təsirinin ilin ikinci yarısından etibarən daha aydın hiss olunacağı gözlənilir.

Nazir strateji valyuta ehtiyatlarının həcminə də diqqət çəkib. Bildirib ki, mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard ABŞ dollarına çatıb ki, bu da ÜDM-in 111 faizinə bərabərdir.

Sahil Babayev qeyd edib ki, strateji valyuta ehtiyatlarının ÜDM-dən yüksək olması dünya praktikasında nadir göstəricilərdən biridir və bu, Azərbaycanın iqtisadi dayanıqlılığını və maliyyə sabitliyini təsdiqləyir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu