“Təzə Bazar”ın gələcək konsepti təqdim olundu

Yaxın iki il ərzində qapılarını yenidən açması planlaşdırılan “Təzə Bazar” ümumilikdə 30 000 m² sahəni əhatə edəcək. Yeni konsept çərçivəsində ərzaq məhsullarının satışı, qida məhsulları və yemək zonası, yarmarka və topdansatış sahələri, sənətkarlıq məhsullarının satışı, spesifik texniki xidmətlər, uşaqlar üçün əyləncə zonası, açıq teraslar və iki mərtəbəli avtodayanacaq nəzərdə tutulur.WUF13 çərçivəsində “Ginza Project” və “PMD Group” tərəfindən “Təzə Bazar”ın gələcək konsepti təqdim olunub.

“GDP Media” WUF13 çərçivəsində “Ginza Project” və “PMD Group” tərəfindən “Təzə Bazar”ın gələcək konsepti təqdim olunub.

Təqdimatda “PMD Group”un Biznesin İnkişafı üzrə rəhbəri Kamil Əliyev, “Ginza Project”in kreativ direktoru və nümayəndəsi Olga Kukoba və PMD Group-un Biznesin İnkişafı üzrə meneceriYaşar Novruzov çıxış ediblər.

Çıxışlar zamanı “Təzə Bazar”ın şəhər həyatındakı tarixi rolu, yeni konseptin formalaşmasına təsir edən əsas amillər və layihənin gələcək funksionallığı barədə məlumat verilib.

Bildirildib ki, “Təzə Bazar” yalnız ticarət məkanı kimi deyil, həm də şəhər sakinləri və qonaqlar üçün sosial, mədəni və ictimai həyatın bir hissəsinə çevriləcək müasir ictimai məkan kimi yenidən formalaşdırılır. Yeni konseptin hazırlanmasında mehmanxanalar, bazarlar, restoran və ictimai iaşə konseptlərinin yaradılması sahəsində təcrübəyə malik “Ginza Project”in yanaşması nəzərə alınır. Bu əməkdaşlıq layihəyə müasir qonaqpərvərlik, xidmət keyfiyyəti və istifadəçi təcrübəsi baxımından əlavə dəyər qatır.

Yaxın iki il ərzində qapılarını yenidən açması planlaşdırılan “Təzə Bazar” ümumilikdə 30 000 m² sahəni əhatə edəcək. Yeni konsept çərçivəsində ərzaq məhsullarının satışı, qida məhsulları və yemək zonası, yarmarka və topdansatış sahələri, sənətkarlıq məhsullarının satışı, spesifik texniki xidmətlər, uşaqlar üçün əyləncə zonası, açıq teraslar və iki mərtəbəli avtodayanacaq nəzərdə tutulur.

“Təzə Bazar” konseptində əsas diqqət yalnız funksionallığa deyil, həm də ziyarətçi təcrübəsinə yönəldilib. Məkan gündəlik alış-veriş, qastronomik təcrübə, ailəvi istirahət, yerli məhsulların təqdimatı və ictimai qarşılıqlı əlaqə üçün açıq şəhər platforması kimi nəzərdə tutulur.

Layihə Bakının cari şəhərsalma inkişafına töhfə verməklə yanaşı, ənənəvi bazar mədəniyyətinin dinamik və müasir həyatın tələbləri ilə ayaqlaşan bir məkanın yaradılmasını hədəfləyir.

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı