ABŞ Prezidenti ilə əlaqəli tərəfdaşların İrana milyardlarla dollarlıq kriptovalyuta əməliyyatlarının həyata keçirilməsində rol aldığı iddia olunur. Bu barədə araşdırma dərc edib.
Məlumata görə, İranın ən böyük kriptovalyuta platformalarından biri hesab olunan ümumilikdə 2,3 milyard dollar həcmində əməliyyatları Tramp ailəsinə məxsus olduğu bildirilən investorlarının yaratdığı şəbəkələr üzərindən həyata keçirib.
Analitiklərin qiymətləndirməsinə əsasən, sözügedən köçürmələr İrana qarşı hərbi əməliyyatların başlamasından sonra da davam edib. Bununla yanaşı, yayılan məlumatlarda Tramp ailəsinin həmin platformaların İran tərəfindən istifadə olunduğunu bildiyinə dair birbaşa sübutun olmadığı xüsusi vurğulanır.
Mövzu beynəlxalq maliyyə və kriptovalyuta bazarlarında ciddi rezonans doğurub. Ekspertlər hesab edirlər ki, bu cür iddialar rəqəmsal aktivlərin qlobal nəzarət mexanizmləri və sanksiya rejimləri ilə bağlı müzakirələri daha da gücləndirə bilər.


