ABŞ Federal Təhqiqat Bürosu kriptofırıldaqçılıqla mübarizə əməliyyatlarını genişləndirir

ABŞ Federal Təhqiqat Bürosu (FTB) kriptovalyuta dairəsində törədilən fırıldaqçılıq əməllərinə qarşı mübarizə tədbirlərini gücləndirdiyini rəsmi olaraq açıqlayıb.

GDP Media xəbər verir ki,qurumun direktoru Kristofer Rey bəyan edib ki, amerikalıları rəqəmsal aktivlər vasitəsilə aldadan şəxslər mütləq aşkar ediləcək və qanun qarşısında cavab verməyə cəlb olunacaqlar.

Büronun yaydığı məlumata görə, son illər kriptovalyuta fırıldaqçılığı ilə bağlı şikayətlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. FBR bu istiqamətdə əməliyyat qabiliyyətini artırmaq üçün əlavə resurslar ayırıb, rəqəmsal cinayətlərin təhqiqatı üzrə ixtisaslaşmış bölmələrin ştatını genişləndirib və kriptotransaksiyaların izlənilməsi texnologiyalarını təkmilləşdirib.

Məlumata görə, ABŞ-da kriptovalyuta bazarının tənzimlənməsi son aylarda əhəmiyyətli dərəcədə sərtləşib. FBR-nin bu bəyanatı da hüquq tətbiqi orqanlarının diqqətinin qeyri-qanuni rəqəmsal maliyyə əməliyyatlarına yönəldilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, bu addım bazar iştirakçıları üçün ikitərəfli nəticələr verə bilər. Tənzimləmə sahəsindən kənarda fəaliyyət göstərən qeyri-şəffaf layihələr və platformalar üçün operativ risklər əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, qanuni fəaliyyət göstərən və uyğunluq (komplayens) tələblərinə riayət edən oyunçular üçün bu, bazar intizamının güclənməsinə və inamın artmasına xidmət edəcək.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu