ABŞ Maliyyə Nazirliyi İran neftinin istehsalı, çatdırılması və satışına icazə verən müvəqqəti 60 günlük ümumi lisenziya verib.
“GDP Media“bu barədə Maliyyə Naziri Skott Bessent sosial şəbəkə X-də (keçmiş Twitter) məlumat yayıb. Bessent qeyd edib ki, bu addım İsveçrədə davam edən konstruktiv danışıqlar çərçivəsində atılıb.
Nazirin sözlərinə görə, danışıqların gedişində İran Hürmüz boğazında sərbəst və açıq tranziti təmin etməyə, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BEYM) müfəttişlərinin ölkəyə buraxılmasına razılıq verib.
Lisenziya müvəqqəti xarakter daşıyır və 60 gün müddətinə qüvvədə olacaq. Bu, ABŞ-ın İrana qarşı sanksiya rejimində əhəmiyyətli bir dəyişiklik kimi qiymətləndirilir.


