ABŞ neft ixracında Səudiyyə Ərəbistanını geridə qoyaraq dünya lideri oldu

ABŞ rəsmi olaraq xam neft ixracına görə dünyanın ən böyük ixracatçısı mövqeyinə yüksələrək bu sahədə uzun illər lider olan Səudiyyə Ərəbistanını geridə qoyub.

GDP Media xəbər verir ki, buna səbəb son illərdə ABŞ-da şist nefti hasilatının sürətlə artırılması, həmçinin ixrac infrastrukturunun əhəmiyyətli dərəcədə genişləndirilməsi olub.

Ekspertlər hesab edirlər ki, bu dəyişiklik qlobal neft bazarında ABŞ-ın rolunu daha da gücləndirəcək. Belə ki, Amerika nefti dünya bazarında tələb və təklif balansının formalaşmasında əsas amillərdən birinə çevrilir. Bu isə istehlakçı ölkələrin OPEC+ qərarlarından asılılığını müəyyən qədər azalda və qlobal enerji bazarında rəqabəti gücləndirə bilər.

Bununla yanaşı, ABŞ-ın ixrac imkanlarının genişlənməsi neft qiymətlərinin formalaşmasına təsirin artmasına və bazarda geosiyasi risk amilinin zəifləməsinə səbəb ola bilər.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu