Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Bazarstore” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
“GDP Media”xəbər verir ki, 2026-cı il aprelin 16-da tərtib edilmiş protokolda qida məhsulunun üzərində göstərilən qiymətdən daha yüksək qiymətə satıldığı qeyd edilib.
Bildirilir ki, bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib. Hüquq pozuntusu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə – malın hesabına dair istehlakçıların az miqdarda aldadılması əlamətləri üzrə rəsmiləşdirilib.
Aniinhisar qurumu bir dəfə 2026-cı ilin fevralında eyni məsələyə görə mağazalar şəbəkəsi barəsində iş qaldırmışdı.


