Alman avtomobil istehsalçısı Audi kult modeli R8-in istehsalı dayandırıldıqdan sonra ilk sportkarını göstərib.
“GDP Media” xəbər verir ki, yeni avtomobil “Nuvolari” adlanır və hibrid mühərriklə təchiz olunacaq.
Sportkarın altında 4,0 litrlik iki turbomühərrikli V8 və üç elektromotor yerləşir. Audi cəmi 499 ədəd istehsal edəcəyi nüvolarinin qiymətini 600 min avrodan başlayaraq müəyyən edib.





