Avropa Mərkəzi Bankı (AMB) 2027-ci il tarixindən etibarən maliyyə sahəsində yeni tənzimləmələr tətbiq edəcək.
GDP Media xəbər verir ki,yeni qaydalara əsasən, Bitcoin ilə aparılan bütün əməliyyatlar zamanı istifadəçilərin şəxsiyyətinin təsdiqlənməsi məcburi olacaq. Bundan başqa, Avropa İttifaqı ərazisində nağd pulla edilən ödənişlərə də məhdudiyyət qoyulur – 10 000 avrodan yuxarı olan nağd ödənişlər tamamilə qadağan ediləcək.
Bu qərarlar pul yuması və qeyri-qanuni maliyyə axınları ilə mübarizə məqsədi daşıyır.


