“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq

Metronun “Avtovağzal” stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq.

Bənövşəyi xəttin şərti adı “B-05” olan 6-cı stansiyası sərnişinlərə “Nizami” stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq. Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyir. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, “Xocəsən” və “Avtovağzal”dan başlayan axın istiqamətləri yeni stansiyanın strateji əhəmiyyətini əyani şəkildə sübut edir.

Onun sözlərinə görə, yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevrilə bilər.

Bir sözlə, yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu