Azərbaycanda illik inflyasiya mayda 5.6%-ə yüksəlib

Azərbaycanda illik inflyasiya may ayında 5.6% təşkil edib. Halbuki, bu apreldə illik 5.5% idi. Bu da hazırda Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasətindəki hədəf çərçivəsinin yuxarı həddi olan 6%-dən 0.4 faiz bəndi aşağıdır.

GDP Media” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin may ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5.6% artıb.

Bu göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 3.9%, ödənişli xidmətlər üzrə isə 5.7% olub. Aylıq inflyasiya isə 0.1% səviyyəsində qeydə alınıb.

2026-cı ilin yanvar-may aylarında orta illik inflyasiya 5.6% olub. Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6.7%, qeyri-qida məhsullarının qiymətləri 3.7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5.7% artıb.

  • Əlaqədar Yazılar

    SOCAR vitse-prezidenti: “Yaşıl hidrogen” layihələrinin hələ müsbət texniki-iqtisadi əsaslandırması yoxdur, lakin işlər davam edir
    • İyun 16, 2026

    Azərbaycan ortamüddətli perspektivdə enerji portfelini aşağı karbonlu molekullarla – “yaşıl hidrogen” və “yaşıl ammonyak”la tamamlamağı nəzərdə tutur. Lakin pilot layihələr…

    Davamı oxu
    Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
    • İyun 16, 2026

    2026-cı ilin yanvar-may aylarında Azərbaycanın ümumi ixracı 13 milyard 969 milyon 888,5 min dollar təşkil edib. Bu, 2025-ci ilin eyni…

    Davamı oxu