Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq

2030-cu ilədək qoyunçuluq sektorunda istehsal həcminin təxminən 9 faiz artırılması planlaşdırılır. Bu isə öz növbəsində özünütəminetmə səviyyəsinin 94,2 faizdən 100 %-ə çatdırılmasına imkan yaradacaq.

GDP Media” xəbır verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

R.Hüseynov vurğulayıb ki, bu istiqamətdə yeni intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması üçün dəstək mexanizmləri tətbiq olunacaq. Təsərrüfatların qurulması, avadanlıqların alınması və infrastruktur təminatı üzrə subsidiya və güzəştli mexanizmlər nəzərdə tutulur.

Direktor bildirib ki, paralel olaraq yun və dəri məhsullarına məhsul subsidiyasının tətbiqi planlaşdırılır:

“Bu da ölkə üçün yeni yanaşmalardan biridir. Eyni zamanda yem təminatının yaxşılaşdırılması məqsədilə 480 min hektar örüş və otlaq sahələrinin bərpası təşviq ediləcək və bu sahələr üzrə subsidiya mexanizmləri tətbiq olunacaq”.

O əlavə edib ki, bu istiqamətdə ilk pilot təşəbbüs kimi qoyunçuluq aqroparkının yaradılması nəzərdə tutulur. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin bir şirkəti ilə bu sahədə danışıqlar aparılır.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu