Azərbaycan Rusiyada aqropark yaradacaq

Azərbaycan Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda aqropark yaradacaq.

GDP Media” xəbər verir ki,bununla bağlı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026 çərçivəsində Azərbaycanın İSFA şirkəti ilə Dağıstanın RBR MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni İSFA MMC-nin direktoru Samir Xeyirbəyov və RBR MMC-nin baş direktoru Ruslan Gereyev imzalayıblar. İmzalanma mərasimində Dağıstanın rəhbəri vəzifəsini icra edən Fyodor Şukin, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və s. rəsmi şəxslər iştirak ediblər.

Məlumata əsasən, bu müqavilənin ümumi dəyəri 3,4 milyon manatdan çoxdur.

Sənədə əsasən, Azərbaycan şirkəti Dərbənd rayonunda yerləşən Vəlikənd ərazisində yaradılacaq aqroparkın 300 hektarında zeytun bağı, 20 hektarında tingçilik sahəsi, 40 hektarında müxtəlif növ meyvə ağaclarından ibarət nümayiş bağı, 10 hektarında isə damazlıq bağı və aqro turizm zonası quracaq.

Layihə çərçivəsində yaradılacaq aqroparkda istifadə ediləcək meyvə ağacları və tinglər İSFA MMC-nin Yevlax Pilot Aqroparkda yerləşən təsərrüfatında yetişdiriləcək.

Bundan başqa, növbəti mərhələdə Dərbənd rayonundakı aqroparkın ərazisində zeytun yağı zavodunun da qurulması nəzərdə tutulur.

  • Əlaqədar Yazılar

    Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    • İyun 8, 2026

    Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki…

    Davamı oxu
    Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri TRIPP-in icrasını müzakirə edib
    • İyun 8, 2026

    Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri bugünkü üçtərəfli görüşdə Orta Dəhlizi müzakirə edib.  “GDP Media” xəbər verir ki, bu barədə…

    Davamı oxu