Azərbaycanda illik inflyasiya mayda 5.6%-ə yüksəlib

Azərbaycanda illik inflyasiya may ayında 5.6% təşkil edib. Halbuki, bu apreldə illik 5.5% idi. Bu da hazırda Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasətindəki hədəf çərçivəsinin yuxarı həddi olan 6%-dən 0.4 faiz bəndi aşağıdır.

GDP Media” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin may ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5.6% artıb.

Bu göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 3.9%, ödənişli xidmətlər üzrə isə 5.7% olub. Aylıq inflyasiya isə 0.1% səviyyəsində qeydə alınıb.

2026-cı ilin yanvar-may aylarında orta illik inflyasiya 5.6% olub. Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6.7%, qeyri-qida məhsullarının qiymətləri 3.7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5.7% artıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu