AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələr hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb.

GDP Media” xəbər verir ki, təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də uğurla eniş edib.

Qeyd edək ki, əlverişsiz hava şəraitinin bu gün davam edəcəyi gözlənilir. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bir çox hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

  • Əlaqədar Yazılar

    280 milyon manatdan çox nizamnamə kapitalı olan “Milla Dairy” məbləği azaldır
    • İyun 12, 2026

    “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaltdığını elan edir. “GDP Media” xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmır….

    Davamı oxu
    Azərbaycanda provayderlərə bu halda 300 min manatadək maliyyə sanksiyası tətbiq ediləcək
    • İyun 12, 2026

    Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir. “GDP Media” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…

    Davamı oxu