Azərbaycan və Macarıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə Macarıstan Mərkəzi Bankı arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə dair mühüm sənəd imzalanıb.

“GDP Media” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Baş bankir bildirib ki, sənəd Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində, Macarıstan Mərkəzi Bankının sədri Mixali Varqa ilə baş tutan görüşdə imzalanıb.

Rəhbərlik edilən qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu çərçivəsində tərəflər monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat mübadiləsi aparacaqlar.

Bununla yanaşı, sənədə əsasən, birgə görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə mütəxəssislər arasında texniki əməkdaşlıq daha da dərinləşdiriləcək.

Qeyd edək ki, Bakıda təşkil olunan bu beynəlxalq toplantı TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin mərkəzi bankları arasında regional iqtisadi inteqrasiyanın və maliyyə tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platformaya çevrilib.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu