Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb.

GDP Media”xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 882 min 906 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb və 60 min 847 təşkil edib.

Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin — obyektlərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 241 min 842-yə çatıb.

Naxçıvan Muxtar Respublikasında da aktiv vergi ödəyicilərinin sayında müsbət dinamika müşahidə olunub. 2026-cı il iyunun 1-nə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 faiz artaraq 23 min 302 təşkil edib.

Muxtar respublikada aktiv ƏDV ödəyicilərinin sayı 4,7 faiz artaraq 651 olub. Aktiv obyektlərin — təsərrüfat subyektlərinin sayı isə 21,6 faiz artaraq 7 min 403-ə yüksəlib.

Göstəricilər ölkədə vergi uçotunda aktivliyin, rəsmiləşmənin və sahibkarlıq subyektlərinin fəaliyyət dinamikasının artdığını göstərir.

  • Əlaqədar Yazılar

    Mikayıl Cabbarov: “Qeyri-neft ixracı iqtisadi siyasət və dəstək alətləri hesabına artıb”
    • İyun 10, 2026

    GDP Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC və İTV-yə müsahibəsində ölkənin qeyri-neft məhsullarının ixracında əhəmiyyətli artım əldə etdiyini bildirib….

    Davamı oxu
    Mikayıl Cabbarov: “Sahibkarların dövriyyə vəsaitinə ehtiyacını azaltmaq üçün ƏDV hesabları aləti nəzərdən keçirilir”
    • İyun 10, 2026

    “Hazırda müzakirə olunan mexanizmlərdən biri vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişlərin həyata keçirilməsi üçün…

    Davamı oxu