“Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

“Bakcell” süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət iyunun 13-də Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı qismində çıxış edib.

Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub.

Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqləri, rəqəmsal transformasiya prosesləri və gələcəyin əmək bazarında tələb olunacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar.

“Bakcell” innovasiya və süni intellekt sahəsində həyata keçirilən təşəbbüslərə dəstək verməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, yeni nəsil texnologiya biliklərinin və bacarıqlarının inkişafına töhfə verməyə davam edir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu