Bakı Metropoliteni üçün AİİB ilə 180 milyon dollarlıq kredit sazişi imzalanıb

Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ” üzrə kredit müqaviləsi, eləcə də “Bakı Metropoliteni” QSC ilə AİİB arasında eyni layihə üzrə layihə sazişi imzalanıb.

GDP Media” bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir.

180 milyon ABŞ dolları həcmində kredit müqaviləsini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.

İmzalanma mərasimində maliyyə naziri kredit vəsaitlərinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlarının tələblərinə müvafiq olaraq əhatəli hazırlıq işlərinin aparıldığını bildirb.

Nazir vurğulayıb ki, bu, son illər ərzində ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində gerçəkləşdirilən ən əhəmiyyətli maliyyə layihəsidir, eyni zamanda Azərbaycan tarixində ictimai nəqliyyat sahəsinə cəlb olunan ən böyük həcmli beynəlxalq kreditdir.

Öz növbəsində, AİİB-nin Nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmə işlərinin həyata keçirildiyini, texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və nəticə olaraq layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiqləndiyini qeyd edib.

Bundan əlavə, M.Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam şəkildə uyğun olduğunu vurğulayıb.

Qeyd olunub ki, 4 illik güzəşt dövrü nəzərdə tutulmaqla, cəmi 20 il müddətinə bağlanmış sazişlər Bakı metropoliteninin müasirləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın birinci mərhələsinin icrasını təmin edəcək. Layihə daxilində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın yenidənqurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təmin olunmasına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin şəxsi avtomobillərdən metro nəqliyyatına keçidini təşviq etməklə karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki beynəlxalq öhdəliklərinə əhəmiyyətli töhfə verəcək.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu