Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M

GDP Media”xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 4,5 faiz azalma deməkdir.

Yanvar-aprel aylarında büdcə gəlirlərində azalma 2,9 faiz idi. May ayının nəticələri büdcə gəlirlərində geriləmənin sürətləndiyini göstərir.

Büdcə xərcləri də azalıb

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 13 milyard 375,2 milyon manat təşkil edib. Xərclər illik müqayisədə nominal ifadədə 2,3 faiz azalıb.

Yanvar-aprel aylarında büdcə xərclərində azalma 3,9 faiz olmuşdu. Bu göstərici yanvar-may dövründə büdcə xərclərinin azalmasının nisbətən zəiflədiyini göstərir.

Büdcə profisiti 3 milyard manata yaxın olub

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsində 2 milyard 990,5 milyon manat profisit yaranıb.

Bu göstərici büdcə gəlirlərinin xərcləri əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu