Əyar damğası olmayan məmulatların satışı qadağandır – sahibkarlara xəbərdarlıq edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Mərkəzi Univermaqda zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla növbəti maarifləndirmə görüşü təşkil edib.

“GDP Media” xəbər verir ki,tədbirdə qiymətli metallar və daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, habelə sahibkarların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

İştirakçılara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları, onların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah olunub. Eyni zamanda, əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəyə buraxılması hallarında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb.

Görüş interaktiv müzakirə formatında davam edib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.

  • Əlaqədar Yazılar

    SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
    • İyun 22, 2026

    Serbiyanın “Elektroprivreda Serbiya” (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES)…

    Davamı oxu
    “AzerTelecom” və “Telecom Armenia” internet tranziti üçün müqavilə imzalayıb
    • İyun 22, 2026

    “AzerTelecom” Ermənistanın “Telecom Armenia” şirkəti ilə beynəlxalq internet trafikinin tranzit və təchizatına dair ikitərəfli razılaşma bağlayıb. “GDP Media”xəbər verir ki,…

    Davamı oxu