Əyar damğası olmayan məmulatların satışı qadağandır – sahibkarlara xəbərdarlıq edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Mərkəzi Univermaqda zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla növbəti maarifləndirmə görüşü təşkil edib.

“GDP Media” xəbər verir ki,tədbirdə qiymətli metallar və daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, habelə sahibkarların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

İştirakçılara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları, onların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah olunub. Eyni zamanda, əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəyə buraxılması hallarında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb.

Görüş interaktiv müzakirə formatında davam edib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.

  • Əlaqədar Yazılar

    Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
    • İyun 22, 2026

    Azərbaycan Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma…

    Davamı oxu
    Aniinhisar qurumu “Bazarstore” barəsində yenidən protokol tərtib edib
    • İyun 22, 2026

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Bazarstore” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub. “GDP Media”xəbər verir…

    Davamı oxu