“Gəncə Cihazqayırma Zavodu” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“GDP Media”xəbər verir ki, yığıncaq 25 iyul 2026-cı il tarixində saat 11:00-da “Gəncə Cihazqayırma Zavodu” ASC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında yerləşən baş ofisində baş tutacaq.
İclasın gündəliyinə cəmiyyətin fəaliyyəti üçün tələb olunan müxtəlif maliyyələşdirmə üsulları və vasitələrinin nəzərdən keçirilməsi və təsdiqi daxildir. Buraya bank kreditləri, səhmdarlardan cəlb ediləcək borc vəsaitləri, müvafiq zəmanətlərin və qarantiyaların alınması kimi məsələlər aiddir.
Bundan başqa, yığıncaqda cəmiyyətin 2025-ci ilin nəticələrinə görə əldə edilmiş xalis mənfəətinin bölüşdürülməsi və onun müəyyən hissəsinin səhmdarlara dividend formasında ödənilməsi məsələsi də müzakirə olunacaq.
Gündəliyə digər cari məsələlərin də daxil edildiyi bildirilir.
Cəmiyyətin səhmdarları ümumi yığıncağın gündəliyi üzrə materiallarla “Gəncə Cihazqayırma Zavodu” ASC-nin AZ 2023, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.


