Goldman Sachs tələbin zəifləməsi səbəbindən 2027-ci il üçün Brent neftinin orta qiymət proqnozunu barelə görə 80 ABŞ dollarına endirib.
“GDP Media” xəbər verir ki, bank analitiklərinin qiymətləndirməsinə görə, bazarda tələbin dağılması qiymətlərə aşağı təzyiq göstərsə də, geosiyasi amillər güclü dəyişkənlik (volatillik) yarada bilər.
Goldman Sachs hesabatında xüsusilə vurğulanır ki, əgər Hürmüz boğazı təxminən bir il müddətində bağlı qalsa, neftin qiyməti barelə görə 140 ABŞ dollarınadək qalxa bilər. Bu səbəbdən bank, baza proqnozunu aşağı salsalar da, geosiyasi gərginlik fonunda qəfil qiymət şokları ehtimalını tamamilə istisna etmir.


