Gürcüstan qanunsuz kriptovalyuta mayninqinə qarşı mübarizəyə başlayıb

Gürcüstanda qanunsuz kriptovalyuta mayninqinə qarşı genişmiqyaslı mübarizəyə start verilib. Xüsusilə, əhaliyə elektrik enerjisinin pulsuz təqdim olunduğu dağlıq Svanetiya bölgəsində nəzarət tədbirləri gücləndirilib.

“GDP Media” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze açıqlama verib.

Nazirin sözlərinə görə, bölgədə elektrik enerjisinin həddindən artıq istehlakı həm yerli əhali, həm də dövlət üçün ciddi problemlər yaradır.

O bildirib ki, Svanetiyada enerji istehlakı əhalisinin sayına görə oxşar digər regionlarla müqayisədə on dəfələrlə yüksəkdir.

Mamuka Mdinaradze qeyd edib ki, qanunsuz mayninq fəaliyyəti səbəbindən dövlət hər il minimum 20-25 milyon lari, yəni təxminən 9,5 milyon dollar həcmində zərərə məruz qalır.

Gürcüstan hakimiyyəti qanunsuz enerji istifadəsinin qarşısının alınması və elektrik şəbəkəsinə düşən yükün azaldılması məqsədilə regionda yoxlamaları davam etdirəcəyini bildirib.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu