Gürcüstan qanunsuz kriptovalyuta mayninqinə qarşı mübarizəyə başlayıb

Gürcüstanda qanunsuz kriptovalyuta mayninqinə qarşı genişmiqyaslı mübarizəyə start verilib. Xüsusilə, əhaliyə elektrik enerjisinin pulsuz təqdim olunduğu dağlıq Svanetiya bölgəsində nəzarət tədbirləri gücləndirilib.

“GDP Media” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze açıqlama verib.

Nazirin sözlərinə görə, bölgədə elektrik enerjisinin həddindən artıq istehlakı həm yerli əhali, həm də dövlət üçün ciddi problemlər yaradır.

O bildirib ki, Svanetiyada enerji istehlakı əhalisinin sayına görə oxşar digər regionlarla müqayisədə on dəfələrlə yüksəkdir.

Mamuka Mdinaradze qeyd edib ki, qanunsuz mayninq fəaliyyəti səbəbindən dövlət hər il minimum 20-25 milyon lari, yəni təxminən 9,5 milyon dollar həcmində zərərə məruz qalır.

Gürcüstan hakimiyyəti qanunsuz enerji istifadəsinin qarşısının alınması və elektrik şəbəkəsinə düşən yükün azaldılması məqsədilə regionda yoxlamaları davam etdirəcəyini bildirib.

  • Əlaqədar Yazılar

    SpaceX Google ilə aylıq 920 milyon dollarlıq bulud Sİ hesablama müqaviləsi imzalayıb
    • İyun 5, 2026

    SpaceX Google ilə aylıq 920 milyon ABŞ dolları dəyərində bulud Sİ hesablamaları üçün müqavilə imzalayıb. “GDP Media” xəbər verir ki, söhbət…

    Davamı oxu
    Strategy şirkətinin bitkoin üzrə reallaşdırılmamış zərəri rekord həddə – 12,7 milyard dollar
    • İyun 5, 2026

    Kriptovalyuta bazarındaki düşüş nəticəsində Strategy (keçmiş adı MicroStrategy) şirkətinin bitkoin investisiyası üzrə reallaşdırılmamış zərəri 12,7 milyard ABŞ dollarına çataraq rekord…

    Davamı oxu