“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq

“Gəncə Cihazqayırma Zavodu” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“GDP Media”xəbər verir ki, yığıncaq 25 iyul 2026-cı il tarixində saat 11:00-da “Gəncə Cihazqayırma Zavodu” ASC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında yerləşən baş ofisində baş tutacaq.

İclasın gündəliyinə cəmiyyətin fəaliyyəti üçün tələb olunan müxtəlif maliyyələşdirmə üsulları və vasitələrinin nəzərdən keçirilməsi və təsdiqi daxildir. Buraya bank kreditləri, səhmdarlardan cəlb ediləcək borc vəsaitləri, müvafiq zəmanətlərin və qarantiyaların alınması kimi məsələlər aiddir.

Bundan başqa, yığıncaqda cəmiyyətin 2025-ci ilin nəticələrinə görə əldə edilmiş xalis mənfəətinin bölüşdürülməsi və onun müəyyən hissəsinin səhmdarlara dividend formasında ödənilməsi məsələsi də müzakirə olunacaq.

Gündəliyə digər cari məsələlərin də daxil edildiyi bildirilir.

Cəmiyyətin səhmdarları ümumi yığıncağın gündəliyi üzrə materiallarla “Gəncə Cihazqayırma Zavodu” ASC-nin AZ 2023, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.

  • Əlaqədar Yazılar

    Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    • İyun 8, 2026

    Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki…

    Davamı oxu
    Azərbaycan Rusiyada aqropark yaradacaq
    • İyun 8, 2026

    Azərbaycan Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda aqropark yaradacaq. “GDP Media” xəbər verir ki,bununla bağlı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026…

    Davamı oxu