Hesablama Palatası Gömrük Komitəsinin büdcə gəlirlərini proqnozdan 230,1 milyon manat az icra etməsinin səbəblərini açıqlayıb

2025-ci ildə Azərbaycanda idxalın faktiki dəyərinin proqnoz göstəricilərindən geri qalması, eləcə də ƏDV-yə cəlb olunan idxalın 2024-cü illə müqayisədə azalması şəraitində Dövlət Gömrük Komitəsinin (DGK) xətti üzrə təmin edilməli büdcə gəlirləri proqnoza nisbətən kəsirlə icra edilib.

GDP Media” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il Komitənin xətti ilə büdcəyə 6 milyard 369,9 milyon manat vəsait daxil olub ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 230,1 milyon manat və yaxud 3,5 %, əvvəlki ilə nisbətən isə 278,8 milyon manat və yaxud 4,2 % az olub.

Hesabat ilində qeyri-monetar qızıl istisna olmaqla idxalın faktiki dəyəri proqnoz göstəricisindən 306,2 milyon ABŞ dolları və yaxud 1,7 % az – 18 milyard 115 milyon ABŞ dolları təşkil edib. 2025-ci ildə gömrük ödənişlərinin idxalın məbləğində nisbət göstəricisi 2023-cü və 2024-cü illərlə müqayisədə müvafiq olaraq 0,9 və 1,3 faiz bəndləri azalaraq 20,7 %-ə enib.

2024-cü illə müqayisədə hesabat ilində ƏDV-yə cəlb olunan idxalın dəyərinin 333,5 milyon ABŞ dolları və yaxud 2,5 % azalaraq 12 milyard 782,5 milyon ABŞ dolları təşkil etməsi DGK üzrə gəlirlərin idxalın məbləğndə nisbət göstəricisinin azalmasına təsir edən amillərdən olub.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu