İnternet trafikinin yarıdan çoxu botların və süni intellektin payına düşür – Cloudflare Radar

Cloudflare Radarın hesabatına görə, qlobal internet trafikinin 57,4%-i botlar və süni intellekt (Sİ) agentləri tərəfindən yaradılır. İnsanların payı isə cəmi 42,6% təşkil edir.

“GDP Media” xəbər verir ki, hesabat mayın 29-dan iyunun 4-dək olan həftəni əhatə edir. Bu dövrdə HTML-məzmununa edilən bütün HTTP sorğularının əksəriyyəti avtomatlaşdırılmış sistemlərin payına düşüb. Xüsusilə, süni intellekt agentləri – ya təlim modelləri üçün məlumat toplayan, ya da istifadəçi adından fəaliyyət göstərən sistemlər – sorğuların əhəmiyyətli hissəsini təşkil edir.

Cloudflare şirkətinin baş direktoru Metyu Prins etiraf edib ki, bu dəyişiklik onun gözlədiyindən daha tez baş verib. “Mən bunun yalnız 2027-ci ildə reallaşacağını düşünürdüm,” – deyə Prins bildirib.

Mütəxəssislər bu tendensiyanı “ölü internet” nəzəriyyəsi ilə əlaqələndirirlər. Həmin nəzəriyyəyə görə, ictimai şəbəkə getdikcə simulyasiyaya çevrilir – məzmunun və qarşılıqlı əlaqələrin böyük hissəsi süni intellekt tərəfindən yaradılır, canlı istifadəçilər isə aktivliyin yalnız kiçik bir hissəsini təşkil edir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu