İnternet trafikinin yarıdan çoxu botların və süni intellektin payına düşür – Cloudflare Radar

Cloudflare Radarın hesabatına görə, qlobal internet trafikinin 57,4%-i botlar və süni intellekt (Sİ) agentləri tərəfindən yaradılır. İnsanların payı isə cəmi 42,6% təşkil edir.

“GDP Media” xəbər verir ki, hesabat mayın 29-dan iyunun 4-dək olan həftəni əhatə edir. Bu dövrdə HTML-məzmununa edilən bütün HTTP sorğularının əksəriyyəti avtomatlaşdırılmış sistemlərin payına düşüb. Xüsusilə, süni intellekt agentləri – ya təlim modelləri üçün məlumat toplayan, ya da istifadəçi adından fəaliyyət göstərən sistemlər – sorğuların əhəmiyyətli hissəsini təşkil edir.

Cloudflare şirkətinin baş direktoru Metyu Prins etiraf edib ki, bu dəyişiklik onun gözlədiyindən daha tez baş verib. “Mən bunun yalnız 2027-ci ildə reallaşacağını düşünürdüm,” – deyə Prins bildirib.

Mütəxəssislər bu tendensiyanı “ölü internet” nəzəriyyəsi ilə əlaqələndirirlər. Həmin nəzəriyyəyə görə, ictimai şəbəkə getdikcə simulyasiyaya çevrilir – məzmunun və qarşılıqlı əlaqələrin böyük hissəsi süni intellekt tərəfindən yaradılır, canlı istifadəçilər isə aktivliyin yalnız kiçik bir hissəsini təşkil edir.

  • Əlaqədar Yazılar

    İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
    • İyun 5, 2026

    2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox…

    Davamı oxu
    5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
    • İyun 5, 2026

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. “GDP Media”…

    Davamı oxu