“Al Arabiya” telekanalının məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, İranın dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşır.
Mənbə bildirib ki, hazırda əsas çətinliklər vəsaitlərin idarə olunması mexanizmi və onlardan istifadə məqsədi ilə bağlıdır. Dondurulmuş aktivlərin müəyyən nəzarət altında köçürülməsi üçün xüsusi fond yaradılması təklif edilib.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp hərtərəfli saziş rəsmi imzalanmadan heç bir vəsaitin azad edilməsinə qarşı olduğunu bildirib. Mənbənin sözlərinə görə, razılaşma imzalanana qədər heç bir pul dondurmadan çıxarılmayacaq.


