LG Electronics Arbitrum platforması əsasında öz korporativ blokçeyn infrastrukturunu qurmağa hazırlaşır.
GDP Media xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi LG Electronics bu məqsədlə Arbitrum komandasına tərəfdaşlıq edib.
Layihə çərçivəsində aktivlərin tokenləşdirilməsi, rəqəmsal hüquqların idarə olunması və daxili hesablaşmalar üçün xüsusi blokçeyn infrastrukturu yaradılacaq.
Arbitrum hazırda Ethereum şəbəkəsinin ən iri ikinci səviyyə (Layer-2) həllərindən biri hesab olunur və əməliyyatların daha sürətli və aşağı xərclə həyata keçirilməsinə imkan verir.
Ekspertlərin fikrincə, LG Electronics-in bu seçimi blokçeyn texnologiyasının korporativ sektorda yetkinlik mərhələsinə keçdiyini göstərir. Belə ki, iri şirkətlər artıq texnologiyanı sınaq layihələri səviyyəsindən çıxararaq əməliyyat proseslərinə inteqrasiya etməyə başlayırlar.
Mütəxəssislər hesab edirlər ki, bu əməkdaşlıq həm də Ethereum ekosisteminə institusional marağın artdığını nümayiş etdirir. LG Electronics kimi qlobal şirkətin Arbitrum platformasına üstünlük verməsi həmin ekosistemin praktik tətbiq imkanlarının genişləndiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.


