Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi – Yeni struktur yaradıldı

Maliyyə Nazirliyində idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin daha çevik və səmərəli təşkili, eləcə də vahid idarəetmə mexanizmlərinin tətbiqi məqsədilə həyata keçirilən struktur islahatları çərçivəsində nazirliyin yerli bölmələrinin fəaliyyəti yenidən təşkil olunub.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu çərçivədə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilib. Ləğv edilmiş yerli maliyyə idarələrinin funksiyalarının icrasını təmin etmək üçün Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi yaradılıb. Yeni struktur yerli gəlir və xərclərin idarə olunması sahəsində fəaliyyətin daha koordinasiyalı və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.“Eyni zamanda, ləğv edilmiş yerli maliyyə idarələrinin kadr bazası əsasında dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yeni yaradılmış Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi zəruri kadr potensialı ilə komplektləşdirilib.Struktur dəyişikliklərinin əsas məqsədi maliyyə idarəçiliyinin effektivliyinin artırılması, qərar qəbuletmə prosesinin sürətləndirilməsi və dövlət maliyyə resurslarının idarə olunmasında vahid yanaşmanın təmin edilməsidir”, – deyə məlumatda qeyd olunub.

  • Əlaqədar Yazılar

    “Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik”
    • İyun 22, 2026

    İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla…

    Davamı oxu
    Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
    • İyun 22, 2026

    Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub. GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti…

    Davamı oxu