OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

OPEC üzvləri və qeyri-OPEC istehsalçılardan ibarət OPEC+ qrupuna daxil olmayan istehsalçıların 2030-cu ilə qədər qlobal maye yanacaq tədarükünün artımının təxminən yarısını təşkil edəcəyi gözlənilir. Braziliya, Qətər, ABŞ, Argentina və Kanadanın bu artıma rəhbərlik edəcək.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında deyilir.

“Qeyri-OPEC+ ölkələri üzrə tədarükün 2030-cu illərdə azalacağı gözlənildiyi üçün OPEC+ ölkələrinin qlobal bazardakı payının artacağı proqnozlaşdırılır. Qrupun maye yanacaq tədarükünün 2025-ci ildəki gündəlik 50,6 milyon bareldən 2050-ci ildə sutkada 64,5 milyon barelə yüksələcəyi və bazar payının 48 faizdən 52 faizə qədər artacağı gözlənilir. Proqnozlaşdırılan neft tələbatının ödənilməsi üçün 2026-2050-ci illər arasında ümumilikdə 17,7 trilyon dollar investisiya tələb olunur. Bunun kəşfiyyat və istehsal fəaliyyətlərinə 14,5 trilyon dollar, emal investisiyalarına 1,9 trilyon dollar, nəqliyyat və saxlama infrastrukturuna 1,3 trilyon dollar investisiya daxil olduğu təxmin edilir”, – deyə hesabatda qeyd olunur.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu