OPEC+ gündəlik neft hasilatını 188 min barel artırə bilər

OPEC+ ölkələri iyunun 7-də keçiriləcək iclasda neft hasilatının sutkada 188 min barel artırılması ilə bağlı qərarı, böyük ehtimalla, razılaşdıracaqlar.

“GDP Media” xəbər verir ki, bu barədə Reuters agentliyinə təşkilata yaxın mənbələr məlumat verib. Bildirilir ki, qərar qlobal bazarda tələb və təklif balansının qorunmasına yönəlib.

Analitiklər hesab edirlər ki, hasilatın artırılması enerji bazarında qiymətlərin sabitləşdirilməsinə təsir göstərə bilər. Bununla yanaşı, qərarın neft qiymətlərinə və bazar iştirakçılarının gözləntilərinə necə təsir edəcəyi diqqət mərkəzində qalır.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu