OPEC: Neftə tələbatın pik həddi hələ uzaqdadır

Dünya yaxın gələcəkdə neftə tələbatın pik həddinə çatmasının şahidi olmayacaq. Bunu OPEC-in baş katibi Haysam əl-Qays bildirib.

“İcazə verin, qəti şəkildə deyim ki, bəzi dairələrin proqnozlaşdırdığı və ya proqnozlaşdırmış olduğu kimi, biz neftə tələbatın pik həddini görmürük. Hətta bir neçə il əvvəl verilmiş belə proqnozlar indi tədricən aktuallığını itirir”, – deyə o qeyd edib.

Baş katib əlavə edib ki, neft 2050-ci ildən sonra da qlobal enerji balansında əsas rol oynamağa davam edəcək.

Onun sözlərinə görə, qlobal iqtisadi artım, əhalinin çoxalması, urbanizasiya prosesləri və inkişaf etməkdə olan ölkələrdə enerji tələbatının artması neft istehlakını dəstəkləməyə davam edəcək. Buna görə də təşkilat yaxın perspektivdə neftə tələbatın maksimum səviyyəyə çatacağını gözləmir.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu