“Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən “Dostlug” tankerinin Azərbaycan tərəfindən Türkmənistana hədiyyə olunması ölkələr arasında strateji tərəfdaşlıq və qarşılıqlı etimadın növbəti mühüm təzahürüdür.
“GDP Media”xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında yazıb.
Nazir qeyd edib ki, bu layihə Azərbaycanın gəmiqayırma sahəsində əldə etdiyi nailiyyətləri və yüksək sənaye potensialını bir daha nümayiş etdirir:
“Əminik ki, “Dostlug” tankeri Azərbaycan-Türkmənistan dostluğunun daha da möhkəmlənməsinə və Xəzər regionunda əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”.


