Səngəçal terminalı Azərbaycanın milli enerji sisteminə qoşulur

İsveçrənin ABB şirkəti bp-nin Səngəçal terminalının elektrikləşdirilməsi layihəsində iştirakdan qürur duyur.Şirkətin strateji satışlar və əsas müştərilər üzrə meneceri Ceyms Hezerinqton 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bp hazırda terminalın elektrik təchizatını təmin edən qaz turbinlərini istismardan çıxarır və obyekti Azərbaycanın milli enerji sisteminə qoşur.C. Heterinqton qeyd edib ki, şəbəkəyə qoşulma enerji təchizatının sabitliyində və gərginlikdə mümkün dalğalanmalar üçün risklər yarada bilər.O bildirib ki, ABB bu risklərin qarşısını almaq üçün sinxron kompensator əsaslı həll təklif edib; bu texnologiya terminalın və Xəzər dənizindəki dəniz aktivlərinin elektrik təchizatında fasilələrin qarşısını almağa imkan verəcək.“Biz bp və tərəfdaşlar tərəfindən Azərbaycanda Səngəçal terminalında bu layihənin həyata keçirilməsi üçün seçilməkdən çox qürur duyuruq. Bu, şirkətimiz üçün həqiqi uğurdur”, – deyə C. Hezerinqton bildirib.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu